EN

Amerikalıların 60%-i Baydeni seçkilərdə başqa namizədlə əvəz etmək istəyir -“Axios“

Amerika seçicilərinin 60%-i qarşıdan gələn prezident seçkilərində ABŞ prezidenti Co Baydenin başqa biri ilə əvəzlənməsini istəyir.

News365.az xəbər verir ki, bu barədə "Axios" portalı Morning Consult qrupunun keçirdiyi sorğunun nəticələrinə istinadən xəbər yayıb.

Araşdırmalara görə, Baydenin 27 iyun debatındakı çıxışından sonra demokratlar onun "mütləq şəkildə" və ya "ehtimalla" dəyişdiriləcəyini gözləyirlər.

Eyni zamanda, demokratların tərəfdarı olan seçicilər arasında 21% belə hesab edir ki, Bayden “ehtimalla deyil, mütləq şəkildə dəyişdirilməməlidir”.

Debatı izləyənlərin yarıdan çoxu isə prezidentliyə namizəd Donald Trampın Baydendən üstün olduğunu etiraf edib. Xüsusilə, Demokratların 19%-i, tərəfsiz olanların 60 və Respublikaçıların 93%-i bunu etiraf edib.

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
2
news365.az

1Sources