EN

Dünyanın ən yaxşı qapıçıları arasında gürcü də var

Britaniyanın nüfuzlu "FourFourTwo" nəşri son yenilənmələrə əsasən, dünyanın 10 ən yaxşı qapıçısının siyahısını təqdim edib.
 
Qeyd edək ki, birinci yerdə Braziliya millisinin və "Liverpul"un qapıçısı Alison Bekkerdir. İkinci sırada Braziliyanın və "Mançester Siti"nin "çərçivə qoruyucusu" Ederson Moraes qərarlaşıb. İlk "üçlüy"ü isə Almaniyanın və "Barselona"nın qolkiperi Mark-Andre ter Ştegen tamamlayır.
 
Gürcü Giorgi Mamardaşvili siyahıda yer alıb.
 
   
 
Dünyanın ən yaxşı 10 qapıçısı:
Alison Bekker (Braziliya, "Liverpul");
Ederson Moraes (Braziliya, "Mançester Siti");
Mark-Andre ter Ştegen (Almaniya, "Barselona");
Mik Maignan (Fransa, "Milan");
Manuel Noyer (Almaniya, "Bavariya");
Canluici Donnarumma (İtaliya, PSJ);
Yan Oblak (Sloveniya, "Atletiko")
Emiliano Martinez (Argentina, "Aston Villa");
Yan Sommer (İsveçrə, "İnter");
Giorgi Mamardaşvili (Gürcüstan, "Valensiya").

Chosen
72
7
sport24.az

8Sources