EN

Tramp Baydeni elə bitirib ki, artıq hər kəs onun...

Prezident seçkilərində Baydenin namizədliyinin dəyişdirilməsini ABŞ-da respondentlərin 60%-i dəstəkləyir. 

Musavat.com xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb. Həmin məlumat  Morning Consult-un portal üçün keçirdiyi sorğuya istinad olunur.

Görünən budur ki, prezidentliyə namizədlər Bayden və Tramp arasında keçirilən son teledebat həlledici olub.

Musavat.com-un da istinadlarla yaydığı kimi, bu teledebatda Bayden ağır məğlubiyyətə uğrayıb və Amerika seçicisi üçün bur növ praymerz (ön seçki) xarakterli olub.

Artıq Baydenin təmsil etdiyi Demokratlar partiyasında belə onun işə yaramayacağı, namizədi başqası ilə əvəz etmə zərurəti barədə təkliflər səslənməkdədir.

Bu barədə “Politico” qəzeti debatlardan dərhal sonra ABŞ Demokratlar partiyasına yaxın üç mənbəyə istinadən məlumat yaymışdı.

Onların məlumatına görə, Baydenin partiya üzvləri Donald Trampla debatda uğursuzluğa düçar olduğu üçün narahat olublar və hazırda seçki yarışında hazırkı dövlət başçısını başqa namizədlə əvəzləməyi fəal müzakirə edirlər. "Bayden getməlidir. Buna heç bir şübhə yoxdur”, - nəşr mənbədən sitat gətirir.

Onu da qeyd edək ki, rəy sorğularında Tramp Baydeni üstələyir, amma amerikalıların çoxunun fikrincə, hər iki namizədin yerinə daha bir cavan və enerjili siyasətçi prezidentliyə namizəd olsa və seçilsə daha faydalı olar.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
2
1
musavat.com

2Sources