EN

"Co Baydenin kabineti onu vəzifəsindən kənarlaşdırmalıdır" - Mayk Conson

“ABŞ Prezidenti Co Baydenin kabineti onu fəaliyyət qabiliyyətini itirdiyinə görə vəzifəsindən kənarlaşdırmaq barədə düşünməlidir”.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson deyib. 


"Görünüşə görə vəzifəsinə uyğun olmayan prezidentimiz var. Bu, ciddi problemdir. Ümid edirik ki, kabinet öz vəzifələrini yerinə yetirəcək”,- spiker bildirib.

 

ABŞ Konstitusiyasına edilən 25-ci düzəlişə əsasən, əgər prezident öz səlahiyyətlərini icra edə bilmirsə, vitse-prezident prezident olur. 


Xatırladaq ki, cümə axşamı Corciya ştatının Atlanta şəhərində hazırkı Prezident Co Bayden və keçmiş Prezident Donald Tramp arasında mövsümün ilk ABŞ prezidentlik debatı keçirilib. 

 

Qeyd edək ki, noyabrın 5-də ABŞ-da prezident seçkiləri keçiriləcək.

 

Firuzə Əliyeva
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
6
sfera.az

1Sources