EN

PSJ-nin futbolçusu Premyer Liqada oynamaq istəyir

PSJ-nin yarımmüdafiəçisi Manuel Uqarte karyerasını harada davam etdirmək istədiyinə qərar verib.



Komanda.az “Traspasos”-a istinadən xəbər verir ki, uruqvaylı yarımmüdafiəçi İngiltərə Premyer Liqasına keçmək niyyətindədir.



Uqarte “Mançester Yunayted”ə keçmək istəyir. O, karyerasını davam etdirmək üçün bu variantı ən yaxşı hesab edir.



PSJ rəhbərliyi Uqartenin “Sportinq”dən transferindən cəmi bir il sonra onu satmağa hazırdır. O, debüt mövsümündə Luis Enrikenin rəhbərlik etdiyi məşqçilər heyətinin ümidlərini doğrulda bilməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin EtiketlərManuel Uqarte PSJ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
10
komanda.az

1Sources