Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb.

Leqal.info xəbər verir ki, hadisə Səməd Vurğun küçəsində baş verib.

1975-ci il təvəllüdlü Oqtay Sabir oğlu Xəlilov idarə etdiyi "Mercedes" markalı avtomobillə 35-40 yaşlarında (şəxsiyyəti dəqiqləşdirilir) qadını vurub.

Piyada xəstəxanaya çatdırılsa da, o dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info