EN

Paşinyan Ərdoğanı razı salmaq üçün bunu etdi?

Fələstin dövləti layihəsini tanımağa hazır olan ölkələr siyahısına ABŞ-ın müttəfiqləri, AB və NATO üzvləri də qoşulub. Qafqaz kontekstində mühüm hadisə Ermənistanın Fələstinin müstəqilliyini tanımaq qərarı oldu. Rəsmi İrəvan müvafiq addımı 2024-cü il iyunun 21-də atıb.

QAZÌLER.AZ  Axar.az-a istinaden  xəbər verir ki, bu barədə rusiyalı ermənipərəst politoloq Sergey Markedonov sosial şəbəkə hesabında yazıb.

“Qafqaz geosiyasəti kontekstində bu (Ermənistanın Fələstin dövlətii tanıması – red.) nə dərəcədə vacibdir? O, Ermənistana çoxvektorluluq axtarışında kömək edəcəkmi?” sualına Markedonov bu cür cavab verib:

“İsrail Azərbaycanın ən mühüm hərbi-siyasi tərəfdaşıdır. İkinci və üçüncü Qarabağ müharibələri zamanı (2020 və 2023) Bakı İsrailin silah sistemlərindən (“Lora” raketləri, həmçinin “Israel Aerospace Industries” (IAI) və “Uvision” şirkətlərinin istehsal etdiyi sistemlər) geniş istifadə edib. İsrail üçün Ermənistan-İran əməkdaşlığı həmişə qıcıqlandırıcı faktor olub. Beləliklə, Fələstinin tanınması İsrailin azərbaycanyönlü xəttinə gecikmiş cavab oldu.

Ancaq sonra mürəkkəb nüanslar başlayır. Azərbaycan İsraillə hərbi-texniki əməkdaşlığı ilə tanınır. Lakin Bakı Fələstini İrəvandan çox tez tanıyıb və hələ 2012-ci ildə BMT-də ona müşahidəçi dövlət statusu verilməsi üçün səs verib! Beləliklə, Azərbaycan-Fələstin münasibətlərinin öz ənənəsi var. Üstəlik, Fələstinin tanınmasına Bakının strateji müttəfiqi olan Ankara fəal şəkildə kömək edir. Azərbaycan Qəzza münaqişəsindən sonra balanslı mövqe tutdusa, Türkiyə ardıcıl olaraq “Fələstin həqiqətlərini” dəstəklədi.

Paşinyanın əleyhdarları vurğulayırlar ki, Fələstinlə bağlı qərar onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla söhbətindən az sonra (sözün əsl mənasında üç gün sonra) verilib. Belə izahlı model bir qədər sadə görünür. Çətin ki, Paşinyan sadəcə Ərdoğanı razı salmaq istəyib. Amma fakt odur ki, Fələstinin anınmasından İrəvanın əldə etdiyi faydalar o qədər də aydın deyil”.

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
0
9
qaziler.az

10Sources