EN

İdman"Beşiktaş" Anxel Di Marianı heyətinə qatır - Hüseyin Yüceldən iddialı açıqlamalar

SİZİN REKLAM BURADA!055 213 76 73

Bir müddət əvvəl Rafa Silvanı heyətinə qatan "Beşiktaş"ın vitse-prezidenti Hüseyin Yücel argentinalı ulduz Anxel Di Marianın transferi ilə bağlı iddialı açıqlamalar verib.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yücel jurnalistlərin, "Anxel Di Mariyanı almağa gedəcəksiniz" sualını cavablandırıb.

"Copa Americadan sonra onu almağa gedəcəyik. O, qərarını turnirdən sonra verəcəyini bildirib. Xoş xəbər deməyək, amma gözləyirik deyək. Gözləntilər yaratmayaq. Çox gözlənti var idi. Mənim də gözləntilərim var, amma rahatlaşsam yaxşıdır. Təklifimizi etdik, cavabını gözləyirik", deyə Yücel vurğulayıb.

Qeyd edək ki, "Ağ-qaralar" 36 yaşlı təcrübəli futbolçuya 1 il üçün 10 milyon avro maaş təklif edib.

Ulduz futbolçunun "Benfika" ilə müqaviləsi iyunun 30-da başa çatır. Təcrübəli cinah yarımmüdafiəçisi ötən mövsüm 48 matçda 17 qol vurub, 15 məhsuldar ötürmə edib.

BAKU.WS

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
12
1
far.az

2Sources