EN

Rusiya və Belarusda əsirlikdə olan 10 ukraynalı azad edilib

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya və Belarusda əsirlikdə olan 1-i siyasətçi və 2-si keşiş olmaqla 10 ukraynalının azad edildiyini açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Rusiya və Belarusda əsirlikdə olan mülki şəxslər azad edilib. Ukrayna prezidenti Vladimir Zelenski açıqlamasında Rusiya və Belarusda əsir saxlanılan 10 ukraynalının, o cümlədən Krım tatar siyasətçisi Nəriman Celal və Ukrayna Yunan Katolik Kilsəsinin 2 keşişinin azad edildiyini açıqlayıb.

Zelenski Vatikanın vasitəçiliyi ilə mülki şəxslərin azad edildiyini bildirərkən deyib: "Daha 10 nəfəri rus əsirliyindən geri qaytara bildik. Onların hamısı azad edilib və hazırda Ukraynadakı evlərinə qayıdıblar. Mən Vatikanın bu insanların öz evlərinə qaytarılması üçün göstərdiyi səyləri də qeyd etmək istərdim".

Əsirlərdən bəzilərinin 2017-ci ildən həbsdə olduğu və o dövrdə Moskvanın idarə etdiyi Şərqi Ukrayna bölgələrində həbs edildiyi öyrənilib. Mülki şəxslərin azad edilməsinin Rusiya ilə mübadilə müqaviləsinin tərkib hissəsi olub-olmadığı barədə məlumat paylaşılmayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
15
1
sia.az

2Sources