EN

Rusiya aktivlərindən əldə edilən gəlirdən istifadə qərarı valyuta sistemini təhdid edir- ÖZƏL

Qərb müttəfiqlərinin Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirləri Ukraynaya kömək etmək üçün istifadə etmək qərarı bu sahədə hüquqi bazanın olmaması səbəbindən beynəlxalq valyuta sisteminin fəaliyyətini təhdid etməkdə davam edir. 

Olaylar.az xəbər verir ki, bu barədə Beynəlxalq valyuta Fondunun (BVF) Ukrayna üzrə missiyasının rəhbəri Qevin Qrey brifinqdə "Yeddilik" qrupunun (G7) Rusiya aktivlərindən əldə edilən gəlirdən istifadə etmək qərarını şərh edərkən bildirib.

Onun sözlərinə görə, maraqlı ölkələr Rusiyanın aktivləri ilə istənilən hərəkətin kifayət qədər hüquqi əsasa malik olmasını və beynəlxalq valyuta sisteminin işini pozmamasını təmin etməlidir.

Xatırladaq ki, Ukraynada SVO-nun başlamasından sonra Avropa İttifaqı və G7 ölkələri Rusiyanın təxminən 300 milyard avro dəyərində valyuta ehtiyatlarının demək olar ki, yarısını dondurub. Belçikanın xarici işlər naziri Aja Labib iyunun 24-də bəyan edib ki, Aİ ölkələri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin istifadəsi ilə bağlı yekun razılığa gələ biliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
3
olaylar.az

1Sources