EN

BVF Ukraynanın iqtisadi artımı ilə bağlı proqnozunu pisləşdirib

Beynəlxalq Valyuta Fondu (BVF) bu il üçün Ukraynanın iqtisadi artım tempi ilə bağlı proqnozunu 3,2%-dən 2,5%-ə endirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə fondun yaydığı yazılı məlumatda deyilir.

Ekspertlər, həmçinin 2025-ci ildə Ukraynanın iqtisadi artımı ilə bağlı proqnozunu 6,5%-dən 5,5%-ə endiriblər.

Brifinqdə çıxış edən fondun Ukrayna üzrə missiyasının rəhbəri Qavin Qrey vurğulayıb ki, maliyyə qurumunun İcraçı Direktorlar Şurası Ukrayna ilə sazişləri təsdiqləyib və onun şərtlərinə əsasən Kiyev 2,2 milyard dollar həcmində növbəti tranşı alacaq.

 

Gözəl Həşimova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources