EN

"Arka Sokaklar"da ayrılıq—18 ildən sonra komanda ilə vidalaşdı

18 ildir yayımlanan məşhur “Arka Sokaklar” serialından ilk bölümdən komanda ilə birlikdə olan usta rejissor Orhan Oğuz vidalaşıb. 

Demokrat.az xəbər verir ki, ayrılıqdan sonra vida mesajı yayımlayan Oğuz "Serialdan ayrıldım, komanda yoldaşlarıma təşəkkür edirəm" deyib.

Ozan Yurdakul və Sinan Yurdakulun yazdığı "Arka Sokaklar" komandasından ayrılan Orhan Oğuz X hesabında etdiyi paylaşımda "İctimaiyyətə! 18 ildir rejissorluq etdiyim "Arka Sokaklar" serialından ayrıldım, aktyorlarıma və bütün komanda yoldaşlarıma təşəkkür edirəm” deyib. 

Serialın İnstaqram hesabındakı paylaşımda “Arka Sokaklar serialımıza 18 sezon rejissorluq edən hamımızın müəllimi Orhan Oğuza göstərdiyi zəhmətə görə sonsuz təşəkkürümüzü bildiririk” ifadələrinə yer verilib.



Əfsanə Rəcəb
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
2
demokrat.az

1Sources