EN

Jerom Opoku “Başakşəhər”də qaldı, Jozef de Souza ayrıldı

Türkiyənin “Başakşəhər” klubunun Portuqaliya “Aroka”sından icarəyə götürdüyü Jerom Opoku Super Liqa təmsilçisində qalmağa qərar verib.

Arena.az xəbər verir ki, Super Liqa təmsilçisi 25 yaşlı mərkəz müdafiəçisinin transfer hüquqlarını da alıb.

Bu barədə İstanbul klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

“Başakşəhər” bu transfer üçün “Aroka”ya 1,5 milyon avro ödəyib. Opoku ilə də 3 illik yeni müqavilə imzalanıb.

Xatırladaq ki, “Başakşəhər” Jerom Opokunu 2023-cü ilin sentyabr ayında satınalma şərti ilə icarəyə götürmüşdü. O, geridə qalmış mövsümdə bu komandanın heyətində 36 matça çıxıb, 4 qol və 1 assist müəllifi olub.

Jerom Opoku karyerası ərzində “Plimut”, “Aroka”, “Veyle”, “Akkrinqton” kimi klublarda da forma geyinib. Qanalı futbolçu 2023-cü ilin oktyabr ayında debüt etdiyi Qana yığmasında 3 oyuna çıxıb, 1 qol vurub.

“Transfermarkt” internet-portalı 25 yaşlı müdafiəçinin transfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.

“Başakşəhər” braziliyalı yarımmüdafiəçisi Jozef de Souza ilə də yollarını ayırıb. Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb. 35 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Xatırladaq ki, Jozef de Souza “Başakşəhər”ə bu ilin yanvar ayında azad agent kimi qoşulmuş və 1,5 illik (2025-ci ilin 30 iyununa kimi) müqavilə imzalamışdı. O, İstanbul təmsilçisində 13 oyuna çıxıb və 1 assistlə yadda qalıb.

Karyerasına ölkəsinin “Vasko da Qama” komandasında başlamış yarımmüdafiəçi, “Portu”, “Qremio”, “San Paulo”, “Əl-Əhli”, “Beijing Quoan” kimi klubların da formasını geyinib. O, daha öncə Türkiyədə “Fənərbaxça” və “Beşiktaş”ın da uğurları üçün çalışıb.

Jozef de Souza Braziliya milli komandasında da 3 oyuna çıxıb.

“Transfermarkt” internet-portalı 35 yaşlı Jozef de Souzanın transfer dəyərini 325 min avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
2
arena.az

1Sources