EN

Sərxan Abdullayev: "Təbii fəlakətlər baş verən zaman turizm məhsullarının həmin istiqamətlər üzrə satışında azalmalar müşahidə olunur"

"Təbii fəlakətlər dünyanı cənginə alıb. Heç bir ölkə bundan sığortalanmayıb. Məlumdur ki, fəlakətlərin müəyyən fəsadları olur, bütün sahələrə olduğu kimi, turizm sektoruna da təsirsiz ötüşmür".

 

Bunu Pravda.az-a açıqlamasında "Yes Travel" şirkətinin rəhbəri Sərxan Abdullayev bildirib. 

 

Onun sözlərinə görə, Asiya və Avropa ölkələrində təbii fəlakətlər baş verən zaman turizm məhsullarının həmin istiqamətlər üzrə satışında azalmalar müşahidə olunur.

 

S.Abdullayev bildirib ki, azərbaycanlı turistlər trend olan istiqamətlər üzrə səyahətlər edirlər: "Bizim turistlər əsasən Türkiyəni seçirlər, Antalya, Bodrum və s. Avropanın kurort zonalarını seçənlər də az deyil. Bu istiqamətlərdə təbii fəlakətlər az olduğuna görə adıçəkilən ərazilər üzrə müraciətlərdə azalma müşahidə olunmur. Cənub-Şərqi Asiyada olan təbii fəlakətlər bu zonalar üzrə müraciətləri də azaldıb".

Tarix: 29 İyun 2024, 09:34   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
2
pravda.az

1Sources