EN

Qərb əksər dünya dövlətləri ilə güzəştə gedəcək

Qlobal idarəetmənin yeni sistemi formalaşdıqca, Qərb ölkələri Rusiya və Çin tərəfindən idarə olunan dünya dövlətlərinin əksəriyyəti ilə kompromis əldə etməyə məcbur olacaqlar.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının Çin və Müasir Asiya İnstitutunun direktoru Kirill Babayev bildirib.

O qeyd edib ki, Qərblə dünya dövlətlərinin əksəriyyəti arasında münasibətlərdə parçalanma mahiyyət etibarı ilə artıq baş verib.

“Çünki Qərb dünyası getdikcə özünü dəyişikliyin əsas hərəkətvericiləri hazırda Rusiya və Çin olan bir dünyaya qarşı qoyur”, - deyə o bildirib.

K.Babayev deyib ki, istənilən qarşıdurma razılaşma ilə başa çatır və bu razılaşmanın silahlı münaqişələr nəticəsində deyil, danışıqlarda tapılan kompromis yolu ilə əldə olunması vacibdir:

“Əminəm ki, bu kompromis bütün dünyanın təhlükəsizliyinin maraqlarına xidmət edəcək”, - deyə o əlavə edib.

Günel Abbas

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources