EN

Rusiyadan Zəngəzurla bağlı qərar: Ermənistan rədd elədi

Rusiya Qərbi Zəngəzur bölgəsində konsulluq açmaq istəyir. İran Qafanda öz konsulluğunu açdı. Belə olduğu təqdirdə əlbəttə ki, Rusiyanın və digər ölkələrin də konsulluq açmaq istəyi yarandı.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, Avropa İttifaqının xüsusi missiyası xüsusilə Zəngəzurda canfəşanlıq göstərir:

“Fransa demək olar ki, Qərbi Zəngəzur bölgəsini Avropa Birliyinin “müşahidə missiyası” adı altında saxlayır. İranın da həm sərhəd istiqamətində qoşunları, həmçinin diplomatik nümayəndələri orada fəallıq nümayiş etdirirlər. ABŞ səfiri də tez-tez Zəngəzur bölgəsinə gedərək durbinlə Azərbaycan istiqamətinə baxır. Belə olan təqdirdə Rusiya, Avropa İttifaqı, Fransa, ABŞ, İran və digər ölkələr ciddi şəkildə Qərbi Zəngəzur vasitəsilə gələcəkdə ticarətə sahib olmaq istəyirlər. Nəqliyyat kommunikasiyalarda öz iştirak paylarını artırmaq və eyni zamanda, ümumiyyətlə bölgəyə nəzarəti əllərində saxlamaq istəyirlər. Zəngəzur dəhlizinin açılmamasının əsas səbəblərindən biri də bu Avrasiyanın orta xəttindəki böyük layihə uğrunda ciddi şəkildə qlobal güclər arasındakı mübarizədir. Konsulluğun açılması da Rusiya tərəfindən bəyan edilən və tamamilə hadisələrə uyğun olan atılan bir addımdır. Ancaq bilinmir Ermənistan rəhbərliyi bununla razı olacaq, yoxsa yox. Yəqin ki, İrəvan ciddi şəkildə konsulluqla bağlı vaxtın uzadılması ilə məşğul olacaq. Çünki İranın konsulluğu açmaq istəyindən fərqli olaraq Rusiyanın bu təklifi bir neçə dəfə bəyan edilsə də, Ermənistan Xarici İşlər Nazirliyi hələlik susur".

Politoloq həmçinin Rusiyanın bölgədə konsulluq açmasına İrəvanın niyə narazı olduğunu şərh edib:

“İran-Qərb münasibətləri hazırda yaxşı vəziyyətdə olmasa da, Ermənistan rəhbərliyi Qərbdəki həmkarlarını başa salıb ki, blokadadan çıxmaq üçün hələlik yeganə yol İrandır. Buna görə də Tehranın bəzi maraqları Qafqazda nəzərə alınmalıdır. Amma Rusiya ilə bağlı məsələ qəlizdir. Ukraynadan sonra məhz Ermənistanda artıq ABŞ və Rusiya arasında ciddi şəkildə siyasi mübarizə dərinləşir. Ermənistan hakimiyyəti də Qərb tərəfindən idarə edildiyinə görə, onlar Rusiya ilə bağlı atılan addımlara diqqət yetirir. Nikol Paşinyanın İrəvandakı hava limanından və bəzi sərhədyanı ərazilərdən rus hərbçilərinin çıxartması KTMT ilə bağlı açıqlamaları da onu göstərir. Hazırda Ermənistan-Rusiya münasibətləri O qədər də yaxşı səviyyədə deyil ki, İrəvan Qafanda konsulluğun açılmasına hə cavabını desin. Heç kimə sirr deyil ki, İrəvan kommunikasiya nəqliyyat yolunu Qərbin tövsiyələri ilə özü tərəfindən keçirilməsin də maraqlıdır. Eyni zamanda Rusiyanı özünə təhdid kimi görür”.


Müəllif: Əsəd Məmmədəliyev
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
6
2
teleqraf.com

3Sources