EN

3-cü dəfə uzadılan seçki bitib:Səslər sayılır

İranda növbədənkənar prezident seçkilərində səsvermə başa çatıb və səslərin hesablanmasına başlanılıb.

"Cebhe.info" bildirir ki, bu barədə İslam Respublikasının seçki qərargahının nümayəndəsi Möhsün Eslami bildirib.

“Gecə yarısından sonra (yerli vaxtla) seçki məntəqələri bağlanır, qutular açılır və səslərin hesablanması başlayır”, - İRİB telekanalı ona istinadən bildirib.

Seçki məntəqələri yerli vaxtla saat 18:00-da bağlanmalı idi, lakin istilər səbəbindən günortadan sonra, hava sərinləyəndə böyük seçici növbələri yaranmağa başlayıb. Buna görə də səsvermə vaxtı üç dəfə uzadılıb və nəticədə yerli vaxtla saat 00:00-da (00:30) başa çatıb. 

Seçkidə dörd siyasətçi iştirak edir: parlamentin spikeri Məhəmməd Bağır Qalibaf, İran liderinin Respublika Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili, Daxili İşlər və Ədliyyə nazirliklərinin keçmiş rəhbəri Mustafa Purməhəmmədi (hamısı mühafizəkarlar) və keçmiş səhiyyə naziri, təbrizli deputat Məsud Pezeşkian (islahatçı).

İlkin nəticələr hələ açıqlanmayıb. Hakimiyyət vurğulayır ki, Daxili İşlər Nazirliyindən rəsmi məlumat gözləmək lazımdır. Rəy sorğularına görə, prezidentliyə əsas namizədlər mühafizəkarlar Qalibaf və Cəlili və islahatçı Pezeşkiandır. Bir çox analitiklər iki mühafizəkardan birini islahatçı ilə qarşı-qarşıya qoyacaq seçkilərin ikinci turunu istisna etmirlər.

İkinci tur baş tutsa, iyulun 5-də - birincidən bir həftə sonra olacaq.

İranda növbədənkənar prezident seçkiləri ölkənin icra başçısı İbrahim Rəisinin mayın 19-da həlak olması ilə əlaqədar keçirilib.

Xəzər

"Cebhe.info"

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
11
41
cebheinfo.az

10Sources