EN

İranda səslərin ilkin hesablamalarından sonra Məsud Pezeşkian liderdir

İranda keçirilən növbədənkənar prezident seçkilərinin ilk turunda səslərin ilkin hesablamalarından sonra Məsud Pezeşkian liderdir.

APA xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

İslam Respublikasının Seçki Qərargahının nümayəndəsi Möhsün Eslaminin “IRIB” telekanalaında bildirdiyinə görə, İlkin məlumatlara görə, hazırda Pezeşkiyan 973 052, İran liderinin Respublika Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili isə 963 615 səsə malikdir.

Prezidentlik yarışında ilkin favorit hesab edilən İran parlamentinin spikeri Məhəmməd Bağer Qalibaf cəmi 341 min səs toplayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
9
apa.az

1Sources