Nüfuzlu statistika portalı "WhoScored" Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsində ən yaxşı fərdi performans sərgiləyən futbolçunun adını açıqlayıb.
Fanat.Az xəbər verir ki, bu, Gürcüstan millisinin qapıçısı Georgi Mamardaşvilidir.
"Valensiya"nın qolkiperinin 2-ci turda Çexiyaya qarşı keçirdiyi oyundakı (1:1) çıxışı 10 üzərindən 9,5 balla qiymətləndirilib.
İkinci yerdə isə Niderland seçməsinin forvardı Kodi Qakpo qərarlaşıb. O, 1-ci turda Polşaya qarşı görüşdə (2:1) 8,8 bala layiq görülüb.
Nihat