EN

İranda azərbaycanlı namizəd prezident seçilsə, nə olacaq? - TƏHLİL

Məsud Pezeşkiyan prezident seçilərsə...

Bu gün İranda növbədənkənar prezident seçkiləri keçirilir. İranın \"Şenaaxt”, \"Mellat” ISPA” analitik mərkəzlərinin keçirdikləri sorğuya əsasən, prezidentliyə yeganə islahatçı namizəd, əslən azərbaycanlı Məsud Pezeşkiyan namizədlər arasında liderdir. Amma seçkilərinin nəticəsinin necə olacağını heç kəs deyə bilməz, İranda həmişə gözlənilməz sürprizlər olur. İranın Ali Dini rəhbəri Əli Xameneinin əslən azərbaycanlı olduğu heç kəsə sirr deyil, ölkə prezidentinin də azərbaycanlı olması müasir İran tarixində ciddi hadisə hesab oluna bilər.

Heç şübhəsiz, İranda hər hansı düşərgəni təmsil edən namizədin prezident seçilməsi dövlət siyasətində köklü dəyişikliyə gətirib çıxara bilməz. M.Pezeşkiyan üçün də əsas olan İran dövlətinin maraqlarını qorumaq olacaq. Eləcə də, İranda ən güclü və səlahiyyətli şəxs prezident yox, Ali Dini rəhbərdir. Lakin M.Pezeşkiyanın təbliğat mitinqlərində Azərbaycanla bağlı səsləndirdiyi fikirlər, ölkəmizə yönələn pozitiv şüarlar, Azərbaycan mahnılarının sədaları altında milyonlarla insanın meydanlara toplaşması olduqca maraqlıdır. 

M.Pezeşkiyan İranda gözlənilməz və açıq fikirləri ilə məşhurdur. 

Əgər o, prezident seçilərsə, Azərbaycanla münasibətlərdə bir-birinə tamamilə əks İKİ İSTİQAMƏTDƏ siyasət aparıla bilər:

BİRİNCİSİ, İran-Azərbaycan münasibətlərinin müsbət inkişafı üçün \"etnik zəmin” ciddi rol oynaya bilər, daha asan dildə anlaşmaq mümkün olacaq, bu amil qarşılıqlı şəkildə dəyərləndirilə bilər. 

İKİNCİSİ, M.Pezeşkiyanın prezidentliyi dövründə İran-Azərbaycan münasibətləri mənfi platformada davam etsə, M.Pezeşkiyan İrandakı 40 milyon azərbaycanlının Azərbaycan Respublikası ilə ideoloji bağlılığını daha asan şəkildə qıra biləcək. O, on milyonlarla azərbaycanlının dəstəklədiyi namizəddir, azərbaycanlıların bütün problemlərini dərindən bilir və bu istiqamətdə həlledici işlər görəcəyini vəd edir. 

Ən maraqlısı budur ki, iki ölkə arasında münasibətlər pis olarsa, Azərbaycana qarşı səslənən fikirlərin müəllifi fars əsilli yox, Azərbaycan əsilli prezident olacaq. 

Lakin birincisi versiya daha inandırıcı görünür. Çünki Azərbaycanın da yer aldığı yeni qütbün adı məlumdur. Ukrayna ərazisində aparılan Rusiya-NATO müharibəsi bitəndən sonra qonşu və Şərq ölkələri arasında bütün gərginliklər aradan qalxacaq. İran Rusiya və Türkiyə ilə müttəfiqdir, Azərbaycan da Rusiya və Türkiyə ilə müttəfiqdir. Rusiya və Türkiyənin ortaq müttəfiqləri arasındakı gərginlik çox davam edə bilməz. \"3+3\" formatı həllini tapacaq. 

Samir Feyruzov,
Siyasi şərhçi
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
10
azxeber.com

1Sources