Avro-2024-ün 1/8 final mərhələsinin Avstriya - Türkiyə görüşünün hakimləri müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, oyunu Portuqaliyadan olan Artur Soares Diaş idarə edəcək.
Bu barədə UEFA-nın rəsmi saytında məlumat verilib.
Portuqaliyalı referi Avropa çempionatında daha əvvəl Polşa - Niderland və Danimarka - İngiltərə matçlarında ədaləti qoruyub.
Avstriya - Türkiyə qarşılaşması 2 iyun tarixində Bakı vaxtilə saat 23:00-da baş tutacaq.