EN

7 il əvvəl yoxa çıxdı: "Dünyanın ən çox axtarılan qadını"na 5 milyon dollar mükafat təklif edildi

“Dünyanın ən çox axtarılan qadını" hesab edilən bolqarıstanlı Ruja İqnatovanın tutulmasına görə 5 milyon dollar mükafat təklif edilib. 

 

Sfera.az bildirir ki, Almaniya vətəndaşlığı olan Ruja İqnatova bütün zamanların ən böyük kriptovalyuta fırıldaqlarından birini təşkil etməkdə ittiham olunur. O, özünü “kripto kraliçası” adlandırır. Ruja İqnatova “Bitcoin” ilə rəqabət apara bilən və milyardlarla dollar investisiya cəlb edən kriptovalyuta icad etdiyini iddia edib. 2014-cü ildə saxta “OneCoin” kriptovalyutası sataraq investorları 4 milyard dollar aldadıb.

 

2017-ci ildə təqsirləndirilən şəxs izsiz şəkildə yoxa çıxıb. 2022-ci ildən Ruja İqnatova FBİ-nin ən çox axtarılanlar siyahısındadır.

 

Hüquq-mühafizə orqanları daha əvvəl "tarixdəki ən böyük qlobal fırıldaqçılıq sxemlərindən birini" hazırladığı güman edilən qadın haqqında məlumat üçün 100.000 dollar mükafat təklif etmişdilər, lakin sonradan mükafat 5.000.000 dollara yüksəlib.


"İqnatovanın silahlı mühafizəçilər və yaxud şərikləri ilə səyahət etdiyi güman edilir. O, plastik əməliyyat keçirmiş və ya xarici görünüşünü başqa şəkildə dəyişdirmiş də ola bilər"-deyə FBİ axtarış elanında bildirilir.

 

FBİ rəsmiləri onun BƏƏ, Rusiya, Yunanıstan və Şərqi Avropa ölkələri kimi ölkələrə səyahət etmək üçün alman pasportundan istifadə edə biləcəyini də təxmin edirlər. Bundan başqa, onun “OneCoin” sxemini təşkil etməkdə şübhəli bilinən Bolqarıstan mafiyası tərəfindən öldürülə biləcəyi ilə bağlı fərziyyələr də var.

 

İqnatova sonuncu dəfə 2017-ci il oktyabrın 25-də amerikalı sevgilisinə məxsus mənzildən qaçaraq Sofiyadan (Bolqarıstan) Afinaya (Yunanıstan) Ryanair reysinə minərkən görülüb. Lakin bir il sonra qətlə yetirilən bolqarıstan polisinin üzərində onun sənədləri tapılıb. Elə buna görə də İqnatovanın müdafiəsi üçün pul ödədiyi mafiya başçısının şəxsi yaxtasının göyərtəsində öldürülə biləcəyi versiyası irəli sürülüb.


Sənədlərdə İqnatovanın cəsədinin İon dənizində yuyulduğu bildirilir. Mənbə bu açıqlamaları verərkən onun çox sərxoş olduğunu və FBİ-nin onun sağ olduğunu güman edərək hələ də axtarışlarını davam etdirdiyini bildirib.

 

BBC jurnalisti Jamie Bartlett isə hesab edir ki, mükafatların artırılması hələ də onu müdafiə edən insanlara yönəlib.

 

 

Aynil

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
6
sfera.az

1Sources