EN

Fermin Lopes Mançester klubunun ona olan marağından danışdı

“Barselona”nın və İspaniya yığmasnın 21 yaşlı yarımmüdafiəçisi Fermin Lopes “Mançester Yunayted”in onunla maraqlanmasından danışıb.

Arena.az Lopesin bu barədə fikriin təqdim edir:

“Mən mətbuatı oxumuram, bu, məni çox maraqlandırmır. Əsas odur ki, mən “Barselona”da oynamaq istəyirəm və yalnız “Barselona”nı düşünürəm. Başqa – heç nə”, deyə Lopes vurğulayıb.

Qeyd edək ki, Fermin Lopes “Barselona”nın öz yetirməsidir. 21 yaşlı mərkəz yarımmüdafiəçisi 2023-cü ildən Kataloniya təmsilçisinin əsas komandasında forma geyinir. İspan futbolçu indiyə qədər “Barselona”da 42 oyuna çıxıb, 11 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Lopes bir müddət “Linares”də də icarədə olub və 40 oyuna 12 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Fermin 2024-cü ilin iyunundan İspaniyanın əsas yığmasında forma geyinir. O, bu komandanın heyətində 2 oyuna çıxıb, 1 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 21 yaşlı ispan yarımmüdafiəçinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
13
arena.az

1Sources