EN

Ermənistan NATO-nun Vaşinqtonda keçiriləcək sammitində iştirakını təsdiqləyib

Ermənistan

Bakı, 28 iyun, AZƏRTAC

Ermənistan Vaşinqtonda keçiriləcək NATO sammitinin tərəfdaşlıq formatlı tədbirində iştirak etmək üçün dəvət alıb və iştirakını təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, bu barədə TASS-a Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.

“Ermənistan NATO-nun Vaşinqtonda keçirilən sammitinin tərəfdaşlıq formatlı tədbirində iştirak etmək üçün dəvət alıb və hazırda iştirakını təsdiqləyib”, - deyə A.Badalyan bildirib.

Qeyd edək ki, NATO-nun yubiley sammiti 1949-cu ildə Şimali Atlantika müqaviləsinin imzalanmasının 75-ci ildönümü şərəfinə iyulun 9-dan 11-dək Vaşinqtonda keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
16
8
azertag.az

10Sources