EN

“Qafqaz evi - regionda sülh və təhlükəsizlik" İdeyası ilə bağlı dəyirmi masa keçirilib — FOTOLAR

Bu gün, iyunun 28-də Sosial Tədqiqatlar Mərkəzində Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə «Cəмiyyətin İnкişаfı Mərkəzi» Ictimаi Birliyinin həyata keçirdiyi “Qafqaz evi - regionda sülh və təhlükəsizlik" İdeyası ilə bağlı dəyirmi masa keçirilib.

Tədbiri Sosial Tədqiqatlar Mərkəzinin icraçı Direktoru Sahib Məmmədov açaraq, Mərkəzin Cənubi Qafqazda sülhün, əmin-amanlığın, təhlükəsizliyin təmin olunması yönündə apardığı tədqiqatlar barədə məlumat verib.

Daha sonra  AR QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimli, "Cəmiyyətin İnkişafı Mərkəzi" İB-nin sədri Əhməd Abbasbəyli, “Qafqaz evi - regionda sülh və təhlükəsizlik" İdeyası kitabının tərtibatçısı Xalid Ələkbərov, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi İB-nin sədri İlham İsmayılov mövzu ətrafında geniş cıxış edərək, Qafqazda sülh və əmin-amanlığın bərqərar olması istiqamətində aparılan siyasətin, həyata keçirilən tədbirlərin, "Qafqaz evi" sülh strategiyasının dəyərləndirilməsinin nə qədər önəmlı olduğunu qeyd ediblər. Həmçinin İlham İsmayılov gələcəkdə Azərbaycanla yanaşı Türkiyə, Gürcüstan və, o cümlədən Ermənistanın da həqiqətpərəst ziyalılarının bu layihənin gerçəkləşməsi üçün görüləcək işlərə cəlb olunması təklifini irəli sürüb.

Tədbirin sonunda müzakirələr aparılıb.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
4
demokrat.az

1Sources