EN

Husilər: "ABŞ və Böyük Britaniya Hudeydaya 8 hava zərbəsi endirib"

Yəməndə İranın dəstəklədiyi husilər ABŞ və Böyük Britaniyanın bu həftə ölkənin qərbindəki Hudeyda əyalətinə 8 hava zərbəsi endiriblər.

BiG.AZ xəbər verir ki, husilərin lideri Əbdülməlik əl-Husi husilərə bağlı "Əl-Mesira" televiziyasına verdiyi açıqlamada ABŞ və İngiltərənin bu həftə Hudeydəyə 8 hava hücumu həyata keçirdiyini bildirib.

"ABŞ Yəmənə qarşı başqalarını da cəlb etməyə çalışır, lakin bizim hərbi əməliyyatlarımız sayəsində onun zəif mövqeyi üzə çıxdı və dünya qarşısında nüfuzu sarsıldı. ABŞ bəzi Avropa ölkələrini Yəmən məsələsinə cəlb etməyə çalışdı" ,- deyə Husi qeyd edib.

Husi, Qəzzadakı uğursuzluqla yanaşı, ABŞ-ın müqavimət cəbhələrini dayandırmaq üçün də kifayət etmədiyini bildirib.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
30
big.az

1Sources