EN

Azərbaycan Qarabağın və Şərqi Zəngəzuru bərpa etmək üçün ABŞ-nin dəstəyinə ümid edir - Samir Şərifov

Azərbaycan Qarabağın və Şərqi Zəngəzuru bərpa etmək üçün ABŞ-nin dəstəyinə ümid edir

Olaylar.az xəbər verir ki, bunu bu gün ABŞ-nin Müstəqillik Bəyannaməsinin imzalanmasının 248-ci ildönümünə həsr olunmuş tədbirdə Azərbaycanın maliyyə naziri Samir Şərifov çıxışı zamanı deyib.

"Biz Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi istiqamətində Azərbaycanın səylərinə ABŞ-nin dəstəyini yüksək qiymətləndiririk. Biz qısa zamanda sülhə nail olmaq istəyimizi nümayiş etdiririk. ABŞ-nin Azərbaycanın regionda aparıcı rolunu tanıması əlaqələrimizin əhəmiyyətini artırır. Ümid edirik ki, ABŞ Azərbaycanın Qarabağ və Şərqi Zəngəzuru bərpa etmək, bu bölgələrdə iqtisadiyyatı bərpa etmək və ölkə iqtisadiyyatına yenidən inteqrasiya etmək səylərini dəstəkləyəcək", - o bildirib.

Şərifov əlavə edib ki, ümumi səylər etibarlı tərəfdaşlıq münasibətlərinin formalaşmasına yönəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
16
3
olaylar.az

3Sources