EN

Ermənistan büdcəsində bu il 260 mln. dollar kəsir yaranacaq

2024-cü ildə Ermənistanın dövlət büdcəsində 100 milyard dram, təqribən 260 milyon dollar kəsir yaranacaq.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bunu \"CivilNet” portalına müsahibəsində maliyyə naziri Vahe Ovannisyan bildirib.

O deyib ki, az rentabelli sahələr üzrə vergi yığımlarında ciddi problemlər yaranıb: \"Bu sektorlardan biri qızıl idxalı sahəsidir. Burada son dövrlər Rusiya qızılının tranziti səbəbindən ciddi artım qeydə alınıb” – deyə, V. Ovannisyan fikirlərini tamamlayıb.
Chosen
91
6
azxeber.com

7Sources