EN

Mikautadze bu klubla razılaşdı

style='margin-bottom:10px;'>

Gürcüstan millisinin və Fransanın “Mets” klubunun hücumçusu Jorj Mikautadze karyerasını “Monako”da davam etdirməyə yaxındır.

QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 

Liqa 1 təmsilçisi artıq 23 yaşlı futbolçu ilə razılaşıb. “Monako” “Mets”ə  transfer qiyməti bağlı təklif göndərib. Fransa klubunun məqsədi Avro-2024 sonuna qədər gürcüstanlı futbolçunun keçidi üçün bütün detalları həll etməkdir. 

Qeyd edək ki, Jorj Mikautadze Avro-2024-ün qrup mərhələsinin bombardiri (3 qol) olub. Tarixində ilk dəfə Avropa çempionatında iştirak edən Gürcüstan millisi isə 1/8 vəsiqə qazanıb. Komanda iyunun 30-da İspaniya millisi ilə qarşılaşacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
13
teleqraf.com

1Sources