EN

Qohum evlilikləri daha çox gənclərin, yoxsa valideynlərin arzusudur? Nərgiz Liftiyeva yazır...

Qohum evliliklərinin qadağan edilməsi bəlkə də əksər gənclərin ürəyincə oldu. Çünki çox zaman bu gənclərin sevgisi üzərindən deyil, valideynlərin arzusu üzərindən olurdu. Hətta gəncləri sevdiklərindən ayırıb qohumla evləndirən ailələr də az olmurdu. Nəticədə xoşbəxt olmayan ailələr, mübahisələr və düşmən olan qohumlar...
Boşanmaların qarşısını almaq üçün ilk növbədə uğursuz evlənmələrin qarşısını almaq lazımdır. Məsələn erkən nigahlar, valideyn arzusu ilə bağlanan qohum nigahları və sair...
Bəlkə də qadağanın neqativ nəticələri də olacaq, qeyri-rəsmi ailələr qurulacaq və sair... Amma böyük ölçüdə qarşısını alacaq və bir nəsil sonra normaya çevriləcək, toplumun şüuraltından qohum evliliyi silinəcək.
Dinimiz qadağan etmir məsələsinə gəlincə, dövr dəyişdikcə təbii ki, yeni qadağalar meydana çıxa bilər. Dinimiz qırmızı işıqda keçməyi də qadağan etmir, amma sivilizasiya inkişaf etdikcə, yeni qaydalara ehtiyac yarana bilər.
70-80 il əvvəl insanlar yaşadıqları kənddən ömürboyu ya çıxmırdılar, ya da 1-2 dəfə çıxırdılar. Bizim bölgədə Bakıya gedi-gələnlər xaricə getmiş kimi idi. Yəni milyonlar bu qədər qaynaşmamışdı, bu qədər qeyri-rəsmi münasibətlər yaşanmırdı, xəstəliklər bu qədər artmamışdı. Tibb qohum evliliklərinin neqativ tərəfini tibb də təsdiq edirsə, belə bir risk almaq nə məcburdur.
Təkcə qohum evlilikləri deyil, həm də milli və dini əxlaqımıza uyğun gəlməyən həyat tərzi də genetik xəstəlikləri sürətlə artmasına gətirib çıxarır.
Artıq insanlar yalnız özü və qohumları haqqında yaxşı düşünüb, başqaları haqqında nagüman olmaqdan qaçmalıdır. Önəmli olan tanımaqdır, tərəf müqabilini tanımaq və evliliyə qədər olan prosesdə cütlüyə zaman tanımaq. 

Nərgiz  Liftiyeva,

Sitat.info
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
11
2
sitat.info

3Sources