EN

Dünya rekordçusu futboldan doymur!

Kadzuyoşi Miura dünya futbol ictimaiyyətini təəccübləndirməkdə davam edir.

“Football-plus.az” xəbər verir ki, planetin ən yaşlı futbolçusu klubunu növbəti dəfə dəyişib. Miura karyerasını “Atletiko Suzuka”da davam etdirəcək. Bu barədə klubun saytı məlumat yayıb. “Atletiko Suzuka” müqavilə ilə “Yokohama”ya məxsus olan 57 (!) yaşlı hücumçunu icarəyə götürüb. Komanda Yaponiyanın 4-cü divizionunda çıxış edir.

Xatırladaq ki, Kadzuyoşi son mövsümü Portuqaliyanın ikinci liqasında yarışan “Oliveyrense”də keçirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources