EN

Gündoğan Almaniya millisinin "Real" kimi olmağını istəyir

style='margin-bottom:10px;'>

Almaniya millisinin və “Barselona” klubunun futbolçusu İlkay Gündoğan Avro-2024-də uğurlu çıxış üçün lazımlı olan məqamlardan danışıb.

QOL.az Almaniya mətbuatına istinadən xəbər verir ki, o, deyib: “Əvvəlcə biz qarşıdakı 90 dəqiqəyə final kimi yanaşmalıyıq. Bu məqam özü böyük təzyiq göstərir. Bu vəziyyətdə mentalitet həlledici olacaq. Son on ilin ən uğurlu komandası olan “Real”a baxa bilərik. Onlar heç vaxt panikaya düşmürlər, sakit olurlar. Bu möhtəşəmdir”.

Qeyd edək ki, Avro-2024-ün 1/8 finalında Almaniya millisi Danimarka ilə qarşılaşacaq. Oyun sabah, Bakı  vaxtı ilə saat 23:00-da başlayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources