EN

Kosovoda dövlət qurumlarında TikTok istifadəsi qadağan edilib

Kosovo hökuməti “kibertəhlükəsizliyi artırmaq” məqsədilə Çin sosial media platforması TikTok-un dövlət qurumlarında quraşdırılmasını, istifadəsini və istismarını qadağan etmək qərarına gəlib.

Kosovo hökumətinin bugünkü kabinet iclasında TikTok-un bütün dövlət qurumlarında qadağan edilməsinə səs verilib.

Qərarı hökumətə təqdim edən Kosovo daxili işlər nazirinin müavini Bardhyl Dobra bildirib ki, tətbiq "kiber təhlükəsizliyi artırmaq" məqsədilə qadağan edilib.

Qadağanın səbəblərini sadalayan Dobra bunları deyib:

“Kibertəhlükəsizliyi artırmaq üçün Daxili İşlər Nazirliyi Kosovo Respublikası hökumətinə TikTok sosial şəbəkə tətbiqinin və onun bütün xidmətlərinin bütün dövlət elektron rabitə şəbəkələrində və rəsmi informasiya-kommunikasiya texnologiyalarında quraşdırılmasını, istifadəsini və istismarını qadağan etməyi tövsiyə edir”.

Chosen
77
18
aznews.az

10Sources