Qərargahı Fransanın Strasburq şəhərində yerləşən Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Rusiyanın Krımda bir çox fundamental hüquqları pozduğuna qərar verib.
Sitat.info xəbər verir ki, AİHM-in Böyük Palatası Rusiyanın Krımdakı pozuntuları ilə bağlı Ukraynanın müraciətinə əsasən verdiyi qərarını açıqlayıb.
Böyük Palata Rusiyanın Krımda bir sıra fundamental hüquqları, o cümlədən Avropa İnsan Haqları Konvensiyasına (AİHM) daxil edilmiş yaşamaq, ifadə və din azadlığı hüququnu pozduğuna qərar verib.
KÉ™nan YusifÂ
​​​​​​​Sitat.info