EN

“Azərbaycan polisi çiynində yalnız rütbəsini deyil, xalqımızın təhlükəsizliyini daşıyır” - ŞƏRH EDİLDİ

“Azərbaycan polisi bütün dönəmlərdə ölkədə sabitliyin qorunması, vətəndaşlarımızın rahat yaşaması , dövlətimizin təhlükəsiz şəraitdə olması yolunada mücadələ edib. Biz dəfələrlə bunun şahidi olmuşuq. Son illərdə isə ictimaiyyət açıq-aşkar müşahidə edib ki, Azərbaycan polisinin göstərdiyi şücaət bir çox ölkələrin polislərinə örnək olub”. Bu sözləri SİA-ya açıqlamasında “Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi” İctimai Birliyinin sədri Ramiz Alıyev deyib.

O vurğulayıb ki, Azərbaycan polisi I Qarabağ müharibəsində, eyni zamanda 44 günlük Vətən müharibəsi dövründə şəhidlər vermiş, peşəkarcasına fəaliyyət göstərmiş bir orqandır: “Azərbaycan polisinin fəaliyyəti nəticəsidir ki, bu gün ən təhlükəsiz ölkələrdən birində yaşayırıq. Ölkəmizdə ictimai asayişin qorunmasına qarant Prezident İlham Əliyevdir. Dövlət başçımız hər zaman Azərbaycan polisinin xidmətini yüksək qiymətləndirmişdir. Zamanında Ulu Öndər Heydər Əliyev Azərbaycan polisinə verdiyi dəyər, bu gün dahi Liderin layiqli davamçısı cənab İlham Əliyev tərəfindən davam etdirilir.

Bu gün Azərbaycan polisinə qarşı atılan güllə xalqımıza, dövlətimizin sabitliyinə, demokratikliyinə, vətəndaşlarımızın hüquqlarının qorunmasına atılan bir güllədir. Belə halların dəfələrlə şahidi olmuşduq. Əgər Azərbaycan dövləti güclüdürsə, onun hüquq mühafizə orqanları da güclüdür. Bütün bunları nəzərə alaraq, daim Azərbaycan polisinin yanında olmalı, ona dəstək nümayiş etdirməliyik. Bugünkü gündə Azərbaycan polisinə ləkə yaxmaq istəyinin səbəbləri də məlumdur. Qarşıdan parlament seçkiləri gəlir. Hər hansısa təxribatlar olacağı təqdirdə dövlət polisini gözdən salmağa çalışırlar. Əlbəttə ki, bütün bunlar mənasız düşüncələrdir”.

“Bildiyiniz kimi, noyabr ayında Azərbaycanda mötəbər bir tədbir keçiriləcək. Azərbaycan polisi yenə də ölkəmizdə təhlükəsizliyi təmin edəcək və ictimai asayişi qoruyacaq. Bunlardan öncə Azərbaycan polisinə qarşı böhtan atmaq, qarayaxma kampaniyaları aparılır. Bütün bunları həyata keçirən V kalon və onun əlaltıları, radikal müxalifət nümayəndələridir. Bu gün dünyanın ən inkişaf etmiş dövlətlərində belə Azərbaycan polisi qədər mərhəmətli, vətənpərvər polislər yoxdur. Ölkəmizdəki sabitliyi gözügötürməyənlər əlbəttə ki, Azərbaycan polisinin güclü olmasına razı olmayacaqlar. Azərbaycan polisi çiyinlərində yalnız rütbələrini deyil, eyni zamanda vətəndaşlarımızın təhlükəsizliyini daşıyır. Bunları nəzərə alaraq, Azərbaycan polisinə ləkə yaxanları dövlətimizin düşməni adlandırmaq olar. Azərbaycan polisinin xalqımızın təhlükəsizliyimizi qoruduğu kimi, biz də onların nüfuzunu qorumalıyıq”,- deyə R.Alıyev əlavə edib.

Ləman Sərraf

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
1
sia.az

1Sources