EN

Dövlət Neft Fondu tərəfindən media nümayəndələri üçün təlim keçirilib

AzÉ™rbaycan Respublikası DövlÉ™t Neft Fondunun (ARDNF) kommunikasiya strategiyasına uyÄŸun olaraq, media qurumları ilÉ™ peÅŸÉ™kar É™mÉ™kdaÅŸlığın güclÉ™ndirilmÉ™si, iqtisadi sahÉ™dÉ™ fÉ™aliyyÉ™t göstÉ™rÉ™n media nümayÉ™ndÉ™lÉ™rinin peÅŸÉ™karlıq sÉ™viyyÉ™sinin, elÉ™cÉ™ dÉ™, onların iqtisadi-maliyyÉ™, o cümlÉ™dÉ™n investisiya sahÉ™sindÉ™ biliklÉ™rinin artırılması mÉ™qsÉ™dilÉ™ 27-28 iyun tarixlÉ™rindÉ™ ARDNF-dÉ™ “Suveren Fondların investisiya fÉ™aliyyÉ™ti” mövzusunda tÉ™lim keçirilib.

Fins.az xəbər verir ki, ARDNF-nin İcraçı direktorunun müavini, Bəhruz Bəhramov təlim iştirakçılarını salamlayaraq bildirib ki, media ilə əməkdaşlığın daha da möhkəmləndirilməsi və media mənsublarının maarifləndirilməsi bizim ictimaiyyətə kommunikasiya etdiyimiz mesajların düzgün formada çatdırılması və aşılanmasında mühüm əhəmiyyətə malikdir.

Təlim iştirakçılarına ARDNF-nin yüksək ixtisaslı əməkdaşları tərəfindən Suveren Sərvət Fondlarının yaranma məqsədləri, missiyası, investisiya istiqamətləri, portfel bölgüsü, beynəlxalq fiskal qaydalar, səhm ticarəti, səhm bazarı indeksləri, sabit gəlirli qiymətli kağızlar, istiqrazlar və daşınmaz əmlak investisiyaları barədə ətraflı məlumat verilib və bu mövzularla bağlı təhlili materiallar təqdim olunub.

Təlim zamanı jurnalistləri maraqlandıran suallar cavablandırılıb və sözügedən mövzular ətrafında fikir mübadiləsi aparılıb. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
7
9
fins.az

10Sources