EN

Elnur: "Aygün Bəylər məclisdən aldığı qonorarı tanımadığı musiqiçi uşağa vermişdi"

Elnur: "Aygün Bəylər məclisdən aldığı qonorarı tanımadığı musiqiçi uşağa vermişdi"

Müğənni Elnur Məmmədov mərhum Əməkdar artist Aygün Bəylər ilə bağlı xatirələrini bölüşüb.

Bizim.Media xəbər verir ki, "7 Tamam" verilişində qonaq olan sənətçi bildirib ki, iştirak etdiyi məclislərin birində Bəylər aldığı qonorarın hamısını bəxşiş kimi tanımadığı azyaşlı musiqiçi oğlana verib.

Elnur həmin hadisəni belə nəql edib:

"Bir gün ortaq dostumuzun ailəsində xoş gün idi. Aygünlə həmin məclisə getdik. Hamımıza qonorar verildi. Heç birimiz götürmürdük, amma məcburən o pulu bizə verdilər. Məclisdə kamança çalan bir uşaq var idi. Aygün çıxanda ona yaxınlaşdı və dedi ki, "Çox gözəl ifa etdin. Kamançan da çox qəşəngdir". Uşaq cavab verdi ki, "Dostumundur, öz kamançam hələ yoxdur". Aygün məclisdən götürdüyü qonorarın hamısını uşağa verdi. Xeyli də pul idi. Aygünün gözü heç vaxt pulda, var-dövlətdə olmayıb. Çox mərd insan idi. Azərbaycan musiqisinin arxivi getdi bu dünyadan. Allah ona rəhmət eləsin".

Qeyd edək ki, Aygün Bəylər bu ilin yanvarında uzun sürən xərçəng xəstəliyindən Ankarada vəfat edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
3
1
sonxeber.az

9Sources