ABŞ-da seçki debatları Co Baydeni Demokratlar Partiyasından namizəd kimi əvəzləməyə hazırlıqdır.
Milli.Az axar.az-a istinadən bildirir ki, bunu amerikalı milyarder İlon Mask X hesabında yazıb.
X istifadəçilərindən biri debatlardan sonra yazıb ki, CNN telekanalının şərhçiləri Baydenə kürəyindən bıçaq saplayır.
"Onlar sadəcə danışan kuklalardır. Bu, dəyişikliyə hazırlıqdır", - Mask istifadəçiyə cavab verib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun