EN

Rusiya ABŞ-ın seçki proseslərinə heç vaxt müdaxilə etməyib, indi də bunu etməsin - Kremlin sözçüsü

Rusiya ABŞ-dakı seçki proseslərini bu ölkənin daxili işi hesab edir və seçki debatlarına heç bir qiymət verməyəcək. Kremlin sözçüsü Dmitri Peskov vurğulayıb ki, Moskva heç vaxt seçki kampaniyalarına müdaxilə etməyib və indi də etməyəcək.

"Bu, ABŞ-ın daxili işidir, bu, ABŞ-ın seçki kampaniyasıdır", - sözçü əvvəllər baş vermiş debatları şərh edərkən deyib. “Bizim bu müzakirələrə heç bir qiymət vermək fikrimiz yoxdur”//TASS

 

 

Hürriyyət.az xəbər verir ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Tramp artıq Respublikaçılar Partiyasının namizədi kimi irəli sürülmək üçün kifayət qədər nümayəndənin səsini qazanıb. Bu arada, Demokratlar Partiyasının bəzi nümayəndələri Co Baydenin daha əvvəl keçirilən debatlar zamanı uğursuzluğa düçar olması səbəbindən onun başqa namizədlə əvəzlənməsi variantını müzakirə etməyə başlayıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
17
hurriyyet.az

1Sources