EN

Rusiyada ölüm hökmünün bərpa olunması imkanları müzakirə olunur

Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin ölüm hökmünün bərpa olunması imkanlarını nəzərdən keçirməyi təklif edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiyanın dövlət KİV-i məlumat yayıb.

Bildirilib ki, Bastrıkin ölüm hökmünə qoyulan moratoriumun ləğvi imkanlarının nəzərdən keçirilməsini təklif edib.

Qeyd edək ki, 1997-ci ildə Rusiya Federasiyasında ölüm hökmü ləğv edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
9
9
apa.az

10Sources