EN

Bakı-Batumi-İstanbul-Moskva... - Azərbaycanlı məşhurlar kef edir

Artıq yayın isti günlərini yaşayırıq. Peşəsindən asılı olmayaraq hər kəs öz büdcəsinə uyğun olaraq istirahət etməyə çalışır. Kimisi regionlara, kimisi isə ölkə xaricinə üz tutur. 

Maraqlıdır, bəs məşhurlar yay tətilini harada və necə keçirməyi düşünür? 

Mövzu ilə bağlı Yenisabah.az-a açıqlama verən müğənni Afət Fərmanqızı planlarından danışıb. 

Bir müddətdir Rusiyaya köçən sənətçi artıq istirahət  planlarının hazır olduğunu bildirib: 

“Hələ ki, iyulun 7-nə qədər toylarım var. Ayın 7-dən sonra istirahət üçün Azərbaycana gələcəyəm. “Sea Breeze”dəki evimdə dincələcəyəm. Sonra Gürcüstan, Batumiyə gedəcəyik, daha sonra isə Türkiyəyə uçacağıq. Axırda da Moskvaya qayıdacağıq. Bu yay üçün planlarımız budur. Məhərrəmlik ayı bitən kimi Azərbaycanda öz Xəzərimizin sahilində həyat yoldaşımla istirahət etmək istəyirik. Daha sonra həyat yoldaşımın övladlarını da götürüb Batumiyə yollanacağıq”. 

Aparıcı Elgiz Əkbər də yay aylarında dincəlməyə hökmən vaxt ayıracağını qeyd edib: 

“Mən hələ məzuniyyətə çıxmamışam. Hələ gələn ay da efirdədəyəm. Avqust ayından isə istirahətə gedəcəyəm. İlk növbədə Azərbaycanın dilbər guşələrini gəzməyə başlayacam. Əlbəttə ki, xarici ölkəyə də gedəcəyəm, amma bu barədə hələ ki, dəqiq qərar verib planlarımı qurmamışam. Ona görə hələlik hansı ölkəyə gedəcəyimi bilmirəm, amma mütləq gedəcəyəm. Təəssüf ki, qiymətlərlə bağlı indidən bir söz deyə bilmirəm, məzuniyyətdən qayıtdıqdan sonra bu barədə də müşahidələrimi bölüşəcəyəm”. 

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
22
yenisabah.az

1Sources