Bakı. Trend:
Prezident İlham Əliyev “Sağlamlıq imkanları məhdud şəxslərintəhsili (xüsusi təhsil) haqqında” Azərbaycan RespublikasınınQanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının2024-cü il 31 may tarixli 1170-VIQD nömrəli Qanununun tətbiqi və“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil)haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə”Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli540 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərmanimzalayıb.
Trend xəbər verir ki, Fərmanaəsasən,
“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil)haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə”Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli540 nömrəli Fərmanının (Azərbaycan Respublikasının QanunvericilikToplusu, 2001, № 7, maddə 477 (Cild I) 2-ci hissəsində aşağıdakıdəyişikliklər edilsin:
1.1. 2.2-ci bənddən “13.4-cü,” sözləri çıxarılsın və həmin bəndə“19.2-ci,” sözlərindən sonra “20.1-ci,” sözləri əlavə edilsin;
1.2. 2.3-cü bənddən “20.1-ci,” sözləri çıxarılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Sağlamlıqimkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”Azərbaycan Respublikasının 2024-cü il 31 may tarixli 1170-VIQDnömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
Bundan başqa, dövlət başçısı “Sağlamlıq imkanları məhdudşəxslərin təhsili (xüsusi təhsil) haqqında” qanuna da dəyişiklikedib.