EN

Prezident xüsusi təhsillə bağlı qanunda dəyişiklik etdi

Prezident xüsusi təhsillə bağlı qanunda dəyişiklik etdi

"Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.

President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

Dəyişikliklə "Xüsusi təhsil müəssisələri haqqında Əsasnamə"nin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməsi ilə bağlı yarımbənd ləğv edilib.

Bundan başqa, dövlət başçısı "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 31 may tarixli 1170-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə fərman da imzalayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
4
4
sonxeber.az

4Sources