Portuqaliya yığmasının kapitanı, ulduz hücumçu Kristiano Ronaldo AÇ-2024-də oyundankənar vəziyyətə ən çox düşmüş oyunçudur.
Arena.az məlumat verir ki, bu nəticə qrup mərhələsinin oyunlarını ehtiva edir.
Portuqal hücumçu qrup mərhələsinin 3 oyunu ərzində 5 dəfə oyundankənar vəziyyətə düşüb.
Müvafiq göstəricidə 2-ci nəticəni Macarıstan yığmasının hücumçusu Barnabaş Varqa (4 dəfə) göstərib.
Hücumçular – Romelu Lukaku (Belçika), Artyom Dovbik (Ukrayna) və Rasmus Höylunn (Danimarka) hər biri 3 dəfə oyundankənar vəziyyətə düşüblər.
Hazırda yarış iştirakçıları 1/8 final mərhələsinin oyunları ərəfəsində hazırlıqla məşğuldurlar.
Xatırladaq ki, iyunun 14-də başlamış qitə birinciliyi iyulun 14-də başa çatacaq.