EN

Gürcüstan yığması ispanlara qalib gəlsə, 20 milyon avro qazanacaq

Gürcü milyarder Bidzina İvanişvili fransalı Villi Sanolun başçılıq etdiyi komanda AÇ-2024-ün 1/8 finalında İspaniya yığmasına qalib gələrsə, Gürcüstan futbol komandasının pul mükafatını ikiqat artıracaq.

"Operativ Media" xəbər verir ki, bu haqda "The Sun" nəşri məlumat yayıb.

Qrup mərhələsinin 3-cü turunda Portuqaliya millisini 2:0 hesabı ilə məğlub edən və 4 xalla 3-cü yerdən pley-offa vəsiqə qazanan Gürcüstan yığması 10 milyon avro qazanacaq. Daha bir qələbə qazanarlarsa, pul mükafatı 20 milyon avro olacaq.

İspaniya - Gürcüstan matçı iyunun 30-da keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources