EN

Abdullah Zubir qayıtdı, bəs Kadi? - SON DURUM

"Qarabağ"la müqaviləsinin müddəti başa çatan və komandanın bir müddətdir başlayan məşqlərinə qoşulmayan Abdullah Zubir Azərbaycana qayıdıb.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, o, artıq komandanın bugünkü məşqində də iştirak edib.

Məlumatı Ağdam təmsilçisinin baş direktoru Əmrah Çəlikəl təsdiqləyib.

2023-cü ilin yanvarında "Krasnodar"a satılan Kadiyə gəlincə, 27 yaşlı yarımmüdafiəçi ilə danışıqlar davam etdirilir. Rusiya klubundan ayrılmaq istədiyini rəhbərliyə çatdıran braziliyalının qarşıdakı mövsümə "köhlən-atlar"ın sıralarında başlamaq ehtimalı az deyil. Bu yöndə hər şey yaxın günlərdə dəqiqləşəcək.

Qeyd edək ki, "Qarabağ" 32 yaşlı Zubirə 2+1 illik müqavilə təklif edib. 

Nihat

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
4
1
fanat.az

2Sources