EN

Sakinlər təhlükədə: 30 min ziyan dəyib, bir də sel gəlsə... - Video

Bir neçə gün əvvəl ölkənin cənub bölgəsində qeyri-sabit hava şəraiti fəsadlar törədib.

Axar.az Baku TV-yə istinadla xəbər verir ki, Astara rayonunun Siyəkü kəndi ərazisindən keçən Pensərçay 40 metrə qədər məcrasını dəyişib.

Çayda suyun səviyyəsi 5 metrə kimi qalxıb və su həyətlərə dolub, çaykənarı evlər üçün təhlükəli vəziyyət yaranıb.

Sakinlər təbii fəlakət nəticəsində təsərrüfatlarına da ciddi ziyan dəydiyini deyirlər.

"Mənə 20-30 min manatlıq ziyan dəyib. Bir dəfə də sel gəlsə, evimizi aparacaq", - deyə Fariz Canıyev söyləyib.

Daha ətraflı süjetdə:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
15
3
axar.az

4Sources