EN

Maykl Ceksonun yarım milyard dollar borcu üzə çıxdı


Yeni məhkəmə sənədlərinə görə, amerikalı müğənni, “pop krali” Maykl Ceksonun ölümündən əvvəl 2009-cu ildə 500 milyon dollardan çox borcu olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.
Məlumata görə, Ceksonun borcları onun əmlak idarəçilərinin Los-Anceles Ali Məhkəməsinə təqdim etdikləri ifadədə öz əksini tapıb.
Qeyd olunur ki, Cekson ən çox hədiyyə, səyahət, incəsənət, mebelə və zinət əşyalarına pul xərcləyib.
Məlumata görə, 1998-ci ilə qədər onun artıq 140 milyon dollar borcu olub. 2001-ci ilin iyunundan 2009-cu ilin iyununa qədər Ceksonun borcu təxminən 170 milyon dollar artıb. Ceksonun illər ərzində kreditləri üzrə faizləri də artıb və ildə 7%-dən 16,8%-ə qədər yüksəlib.
2018-ci ildə Ceksonun əmlakından əldə olunan gəlir vəkillik haqqı və digər xərclərin ödənilməsinə sərf edilib. Ümumilikdə, Ceksona qarşı 65-dən çox kreditor iddiası qaldırılıb, lakin əmlak idarəçiləri iddiaların əksəriyyətini həll edib.
Qeyd edək ki, Cekson 25 iyun 2009-cu ildə 50 yaşında Los-Ancelesdəki malikanəsində ürək tutmasından vəfat edib. Musiqiçi karyerası ərzində 13 Qremmi mükafatı alıb və iki dəfə “Rok-n-Roll” Şöhrət Zalına daxil olub.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources