EN

“The Telegraph online”: İqlim maliyyələşdirilməsi COP29-un diqqət mərkəzində olacaq

“The

Bakı, 28 iyun, AZƏRTAC

Beynəlxalq media Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyası Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) gündəliyini və bu mötəbər tədbirdə müzakirə olunacaq məsələləri geniş şəkildə işıqlandırır.

“The Telegraph online” internet nəşrinin iyunun 28-də dərc etdiyi “Bhupender Yadav: Varlı ölkələr iqlim dəyişikliyi ilə mübarizədə inkişaf etməkdə olanlara kömək etməlidir” sərlövhəli məqalədə vurğulanır ki, Bakıda keçiriləcək konfransda dünya ictimaiyyəti iqlim maliyyələşdirilməsi üzrə Yeni Kollektiv Kəmiyyət İqlim Maliyyəsi Hədəfi (NCQG) məsələsində razılığa gəlməlidir.

AZƏRTAC xəbər verir ki, məqalədə Hindistanın “Times Network” media platformasının təşkil etdiyi iqlim konfransında bu ölkənin ətraf mühit naziri Bupender Yadavanın öz çıxışını məhz bu mövzuya həsr etdiyi qeyd olunur.

Hindistanlı nazir deyib: “Tarixən istixana qazları emissiyasına görə məsuliyyət daşıyan inkişaf etmiş ölkələr məsuliyyəti öz üzərinə götürməli və iqlim dəyişikliyi ilə mübarizədə inkişaf etməkdə olan ölkələrə maliyyə ayırmalıdır”.

Nəşr xatırladır ki, bu ilin noyabrında Azərbaycan paytaxtında keçiriləcək COP29 konfransında ölkələrin NCQG-ni təsdiqləməsi gözlənilir və iqlimin maliyyələşdirilməsi bu tədbirdə əsas müzakirə mövzusu olacaq. Bu, inkişaf etməkdə olan ölkələrdə qlobal istiləşmə ilə mübarizə səylərini dəstəkləmək üçün inkişaf etmiş ölkələrin 2025-ci ildən başlayaraq hər il səfərbər etməli olduğu pul məbləğidir.

“İnkişaf etmiş ölkələr iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün inkişaf etməkdə olan ölkələrə maliyyə və texnoloji dəstək vermək öhdəliyi daşıyırlar”, -deyən nazir vurğulayıb ki, Yeni Kollektiv Kəmiyyət İqlim Maliyyəsi Hədəfi məsələsi Bakıda keçiriləcək COP29 gündəliyinin əsas bəndi olacaq.

Məqalədə qeyd olunur ki, iqlim dəyişikliyindən əziyyət çəkən sənayeləşmiş ölkələr inkişaf etməkdə olan dövlətlərə beynəlxalq maliyyə dəstəyini artırmasa, sonuncuların CO2 emissiyalarını azaldacağını gözləmək olmaz.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
3
azertag.az

1Sources