EN

Qədim Misirdə işçilər bizimlə eyni problemdən ƏZİYYƏT ÇƏKİBLƏR

Qədim Misirdə işçilər bizimlə eyni problemdən ƏZİYYƏT ÇƏKİBLƏR

Tədqiqatçılar müasir dövrün insanları ilə qədim misirlilərin eyni problemlər ilə üzləşdiklrini bildiriblər.

Sonxeber.az xəbər verir ki, "The Guardian" bununla bağlı yazı hazırlayıb. Nəşr yazır ki, alimlər ofis işi müasir dövrün insanlarında bir sıra problemlər yaradır. Kəskinbel ağrıları və gözlərdəki yorğunluq bunlara daxildir. Lakin bir araşdırma fərqli məqamları sübut edib.

Bu cür problemlər bəşəriyyət üçün yenilikdən uzaqdır. Alimlər müəyyən ediblər ki, qədim Misir mirzələrinin ombalarında, baş barmaqlarında və hətta çənələrində problemlər olub. Bu nəticə Abusir nekropolunda tapılan qalıqların eramızdan əvvəl 2700 - 2180-ci illərə aid təhlili əsasında qəbul edilib. Araşdırmaçılar digər işlər məşğul olan kişilər ilə müqayisədə onların oynaqlarında degenerativ dəyişikliklərin olduğunu bildiriblər.

İlkin mərhələdə nekropolda tapılan sümüklər üzərində tədqiqlər aparılıb. Həmin qalıqlardan biri 69 yaşında katib vəzifəsində çalışan bir kişiyə məxsus olub. Sümüklrin tədqiqi zamanı məlum olub, tapılan qalıqların 30 faizi katib vəzifəsində çalışan şəxslərə məxsusdur. Həmin dövrdə əhalinin yalnız bir faizi oxuyub yaza bilirdi. Bu baxımdan qədim Misirdə katiblik vəzifəsi yüksəs status sayılırdı və böyük hörmətə malik idi. Onlar mühüm inzibati işlər ilə məşğul olurdular.

Praqadakı Çarlz Universitetindən tədqiqatın həmmüəllifi Veronika Dulikovanın sözlərinə görə, katiblər karyeralarına yeniyetməlik illərində başlayıblar və onilliklər ərzində işləyə biliblər. Ancaq bu cür iş onların sağlamlığına baha başa gəlirdi. Katiblik ilə məşğul olan insanların bədənlərində fərqli dəyişikliklər hiss olunub. Bunlara çənə və kəllə, sağ körpücük sümüyü, sağ çiyin, sağ baş barmaq, sağ diz və onurğanın, xüsusən də boyun oynaqlarının osteoartroz daxildir. Tədqiqatçılar çiyin sümüyünün və sol bud sümüyündə qırılmaların, diz qapaqlarında və sağ topuqda dəyişikliklərin olduğunu aşkar edib.

Nəticələr adətən iki ayağını çarpazlaşdıraraq yaxud dizə söykənərək işləyən katiblərin duruşları ilə yaxşı uyğunlaşır. Yazıçıların əlləri heç bir şeyə söykənmirdi və başları irəli uzanırdı. Alimlər deyirlər ki, skeletlərin baş barmaqlarında baş verən dəyişikliklər onların əllərini tutma tərzi ilə bağlı ola bilər. Bundan əlavə, alimlər bildirib kiŞ mirzələrin baş ağrılarından əziyyət çəkmə ehtimalı var.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
37
sonxeber.az

1Sources